100 milyonluq korrupsiya qalmaqalı İspaniyanı qarışdırdı - KRAL ÖLKƏDƏN QAÇDI

Baxış sayı:
1315

İspaniyanın keçmiş kralı Xuan Karlos monarxiyanı qorumaq məqsədilə ölkəni tərk etmək qərarına gəlib. İndiyədək onunla bağlı bir sıra korrupsiya iddiaları yayılmışdı.

Vaxtilə populyar olan kral bazar ertəsi açıqlama veriləndən öncə İspaniyanı tərk edib. Ancaq onun haraya getdiyi bilinmir. Bu addım ispanları heyrətə salıb. İndi onlar 82 yaşlı fəxri kralın ölkəni tərk etmək hüququnun olub-olmaması ətrafında müzakirə aparırlar.

Oğluna məktub yazıb

Son həftələr keçmiş kral və onun oğlu Kral Filippə təzyiq artırdı, monarxiyanı qorumaqdan ötrü tədbir görmələri tələb olunurdu. Belə ki, İspaniya və İsveçrə prokurorları sürətli dəmiryolu kontraktıyla əlaqədar rüşvət iddialarını araşdırmağa başlamışdı.

Sarayın adından yayılmış bəyanatda Xuan Karlosun Filippəməktubundan sitat gətirilir, keçmiş kral oğlunun ölkəni problemsiz idarə etməsini istədiyini yazır.

Kral Filippin qərarına görəXuan Karlosa təşəkkür edib, İspaniya demokratiyası üçün atasının üsul-idarəsinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Xuan Karlos 1975-ci ildəgeneral Fransisko Frankonun ölümündən sonra taxta çıxıb, İspaniyanı diktaturadan demokratiyaya keçidində böyük rol oynadığı bildirilir. Ancaq son illər bir sıra qalmaqallardan dolayı populyarlığı azalıb, 2014-cü ildə istefa verməyə məcbur olub.

Xuan Karlos-un vəkili Xavyer Sançez – Xunko qısa bəyanatında bildirib ki, ölkəni tərk etmək qərarına baxmayaraq, keçmiş kral prokurorluğun sərəncamında olacaq.

100 milyon dollar rüşvət

Portuqaliyanın TVI24 telekanalı və “Correio da Manha” tabloydu Xuan Karlosun hazırda Lissabon yaxınlığındakı Kaşkayş kurortunda olduğunu xəbər verib. Kral uşaqlığının bir hissəsini orada keçirib. Ancaq xəbərlərdə mənbə göstərilmir.

İsveçrənin “La Tribune de Geneve” qəzeti martda yazırdı ki, Xuan Karlos sürətli dəmiryolu kontraktı üçün Səudiyyənin mərhum kralından 100 milyon dollar alıb. Daha sonra İspaniya mediasında yer alan iddialarda keçmiş kralın həmin pulun böyük hissəsini keçmiş sevgilisinə verdiyi bildirilirdi.

Xuan Karlos dəfələrlə öz vəkili vasitəsilə korrupsiya iddialarını şərh etməkdən imtina edib.

İspaniyada monarxların toxunulmazlığı var, ancaq Xuan Karlosun hakimiyyətdən əl çəkməsi onun mühakimə olunmasını mümkün edir.

Baş nazirin müavini Pablo İqlesas keçmiş kralın İspaniyada qalmalı olduğunu deyib. Onun solçu Podemos partiyası isə bəyanatında minimum etik dəyərləri olmayan monarxiyanı saxlamağın mənasız olduğunu vurğulayıb. Onların hökumətdəki tərəfdaşı Sosialist Partiyası isə monarxiyanı müdafiə edir. /azadliq.org