2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik" - SENSASİON AÇIQLAMA

Baxış sayı:
3345

Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Stepanakertin (Xankəndi) itirilməsinin mümkünlüyü barədə xəbərdar edib.

Bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib.

"2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə razılıq verməyə çağırdı. Biz Madrid prinsiplərinin erməni xalqının köklü maraqlarını ifadə etmədiyini söylədik. O bildirdi ki, siz "Kars, Kars" mahnısını dəfələrlə dinləmisiniz və Madrid prinsiplərini qəbul etməkdən imtina etsəniz, o zaman bir gün "Stepanakert, Stepanakert" mahnısını eşidəcəksiniz. O, bunu qəfldən dedi", - Artur Tovmasyan InfoPort.am nəşrinə bildirib.

A.Tovmasyan 9 noyabrda Stepanakertin boş olduğu və Azərbaycan Ordusunun şəhərdən bir neçə kilometr məsafədə yerləşdiyi zaman Serj Sarkisyanın sözlərini xatırladığını etiraf edib.

Qeyd etmək lazımdır ki, Serj Sarkisyanın bəhs etdiyi mahnıda "Qars - erməni torpağıdır və sual səslənir ki, şəhər Ermənistanın tərkibinə nə vaxt qayıdacaq" deyilir./Virtualaz.org