ABŞ dövlət katibi Qarabağ danışıqlarını bərpa etməyə çağırdı - YEREVANA MƏKTUB...

Baxış sayı:
2171

ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir.

Virtualaz.org bildirir ki, ABŞ Dövlət katibi Mayk Pompeonun Ermənistana müstəqillik günü münasibətilə ünvanladığı məktubda belə deyilir.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, - deyə Dövlət katibi qeyd edib.