ABŞ sakini peyvənd olundu və...

Baxış sayı:
280

ABŞ-da koronavirusdan peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib.

“Fox News” telekanalı xəbər verir ki, bu barədə Kaliforniyanın Pleyser dairəsi şerifinin ofisi məlumat yayıb.

Hakimiyyət orqanları qeyd ediblər ki, dekabrın sonunda həmin şəxsdə COVID-19 aşkarlanıb. O, dairənin tibb müəssisəsində peyvənd olunmayıb.

Hadisədən dərhal sonra bir neçə agentlik həm yerli, həm də federal səviyyədə ölümün baş verməsi səbəbinin araşdırılması ilə məşğul olmağa başlayıb. Ölümün dəqiq səbəbi istintaqın tamamlanmasına qədər açıqlanmayacaq.

Onun “Moderna” və ya “Pfizer/BioNTech” preparatından peyvənd edildiyi məlum deyil.

Xatırladaq ki, ABŞ və Avropada hazırda məhz bu iki dərman təsdiqlənib: “Pfizer/BioNTech” və “Moderna”. Bu vaksinlər iki komponentlidir.  İlk inyeksiyanı artıq dörd milyondan çox amerikalı alıb.