Aİ-nin TÜRKİYƏYƏ QARŞI “SANKSİYA YÜRÜŞÜ”... - Fransa həm Türkiyəyə, həm də Azərbaycana qarşı düşmən münasibət sərgiləyir

Baxış sayı:
433

Rəsmi şəxslərin və diplomatların sözlərinə görə, Fransa Avropa İttifaqının (Aİ) Türkiyəyə yönəlik sanksiyalar tətbiq etmək cəhdlərinə başçılıq edir. Məqsəd «bu ölkədən qaynaqlaran təhdidlərin qarşısının alınmasıdır». Ancaq Paris hələlik Yunanıstan və Kiprdən savayı, digər Aİ ölkələri hökumətlərinin dəstəyini əldə edə biməyib. Bu barədə «Röyter» agentliyi xəbər verib.

Fransa bəyan edir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ liderlərinin xəbərdarlıqlarına qulaq asmır və Şərqi Aralıq dənizində qaz kəşiyyatından imtina etmir. Buna görə dəAnkaraya yönəlik sanksiyalar tətbiqini təklif edir.

Həmin sanksiyaların tətbiqi artıq oktyabr ayında bəzi Aİ ölkələri tərəfindən rədd edilib. Ancaq Fransa lideri Emmanuel Makron indi bu məsələni Aİ-nın dekabr sammtində təkrar olaraq gündmə gətirməyə hazırlaşır.

Fransa hələlik sanksiyalar barədə təkliflərini ətraflı işləyib hazırlamayıb. Amma diplomatlar bildirirlər ki, istənilən tədbir Türkiyənin karbohidrogen kəşfiyyatının məhdudlaşdırılasına yönələcək. Güman ki, sanksiyalar Türkiyə gəmiçiliyinə, energetikasına və bank sisteminə təsirsiz ötüşməyəcək.

Eyni zamanda, Türkiyənin Avorpa İttiaqı ilə ticarət preferensiyasının genişləndirilməsi və Ankaranın Aİ-a daxil olması məsələlərinə də yenidən baxılması müzakirəyə çıxaılacaq.

Agentliyə danışan avopalı diplomatlarından birınin sözlərinə görə, bundan əvvəl Ərdoğanın Fransa mallarını boykot etməyə çağırması da Türkiyə və Aİ arasında ticarət münasibətlərinin dərinləşməsi ücün yaxşı heç nə vəd etmir.

«Ancaq Türkiyə bir çox sahələr üzrə açar həmkardır, ona görə də Aİ Şurasında bu məsələyə yönəlik konsensus yoxdur. Hələ çox tezdir» - deyə, Avropalı diplomatlardan biri anonimlik şərtilə «Röyter»ə bildirib.

Bu yaxınlarda Paris və Ankara arasında artıq ənənəvi mühahisəyə çevrilmiş Liviya və Şərqi Aralıq dənizi mövzularına Qarabağ münaqişəsi mövzusu da əlavə olunub.

Məlumdur ki, ikinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycanı açıq şəkildə dəstəkləməsi Makronu bərk qıcıqlandırıb. Ona görə də Fransanın bu hömoseksual lideri Türkiyə və Azərbaycann ünvanına əsassız ittihamlar irəli sürməkdən çəkinməyib. Fransa senatı isə mövcud olmayan «Dağlıq Qarabağ Respublikasının» tanınmasına çağıran qətnamə qəbul edib.

Burada iki məqama diqqət yetirmək pis olmazdı.

Birincisi, mübahisəsizdir ki, Şərqi Aralıq dənizinin Fransanın akvatoriyaya heç bir adiyyatı yoxdur - Madlenlərin dövləti Aralıq dənizi ölkəsi deyil.

İkinci məqam isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Nə qədər qəribə olsa da Qafqazlara heç bir sərhəd bağlılığının omadığına baxmayaraq, Fransa qəflətən-naçar ATƏT Minsk qrupunun həmsədri ola bilib. Və bunun sayəsində də uzun illər ərzində münişənin danışıqlar yolu ilə həll edilməsinə mane olub.

İndi Azərbaycan münaişəni hərbi yolla həll etməyə başlayan kimi, homoseksual Makron ölkəmizin ünvanına əsassız ittihamlar (guya, bu müharibədə Azərbayan tərəfdən muzdlular döyüşür və guya onları Azərbayana Türkiyə ötürür) irəli sürməyə girişib.

Bu da Fransanın yalnız Türkiyəyə deyil, Azərbayana da düşmən münasibət səgilədiyini göstərir. Belə bir mövqe tutan dövlətin isə ATƏT Minsk qrupunun həmsədri kimi qalması yolverilməzdir.

AzPolitika.info