Alban kislələri silsiləsindən – QAFAN VƏNGİ

Baxış sayı:
2159

Hülakülər dövründə Azərbaycan ədəbiyyatının alban qolu da özünün çiçəklənmə dövrünü yaşamışdır. Həmin dövrdə yaradılmış əsərlər içərisində alban katalikosu Nersesin 1126 saylı Venesiya əlyazmasında yer alan Nersesin və Vanağanın əsərlərini göstərmək olar.

Giraqos Gəncəli və Stepanos Orbeli kimi böyük alban tarixçiləri də məhz həmin dövrdə yaşayıb yaratmışlar. Qafan şəhərindən 7 kn qərbdə yerləşən Qafan vəngi (Vahanvəng) də öz çiçəklənnməsini bu dövrdə yaşamışdır. Bu monastrı 911-ci ildə Qafan bəyi Dzaqikin kiçik oğlu Vahan tikdirib. Qafan Məliklikliyinin əsas dini mərkəzlərindən biri olmuş kompleksin köhnə binası-Müqəddəs Qriqori kilsəsi gümbəzlidir və burada bir neçə qədim kitabə var. 1086-cı ildə Məleykə 2-ci Şahandux və bacısı Kata monastrın cənub girişində əlavə dəhliz və Müqəddəs Məryəm kilsəsi inşa etdiriblər. Monastır ərazisindəki xaç daşları, kitabələr, qəbirlər və digər təyinatlı tikililər 10-11-ci əsrə aid edilir. Qafan vəngində Qafan məliklərinin məqbərəsi də var. Məlik Vasaqın (1051-ci ildə vəfat edib), Məlik 1-ci Qriqorun (1072-ci ildə vəfat edib), Məlik Senekeremin anası Məlikə Sofinin və məlik nəslindən olan bir çoxlarının sinə daşları aşkar edilib. 

Şahlar Hacıyev