Almaniya bankı ABŞ prezidenti və onun şirkətləri ilə əməkdaşlığı dayandırır

Baxış sayı:
271

Almaniyanın aparıcı bankı “Deutsche Bank” ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan Prezidenti Donald Tramp və onun şirkətləri ilə əməkdaşlığı dayandırmağa qərar verib.

"Report" xəbər verir ki, bank bu addımı dövlət başçısının tərəfdarlarının yanvarın 6-da ABŞ Konqresinin binasına hücumuna cavab olaraq atıb.

"Deutsche Bank” D.Trampın oğullarının idarə etdiyi “Trump Organization” şirkətinə təxminən 340 milyon ABŞ dolları borc verib. Bank şirkətin əsas tərəfdaşıdır.