Almaniyadan geri qaytarılan jurnalist uşaqları ilə sığınacağa yerləşdirilib

Baxış sayı:
673

Jurnalist Röya Rəfili üç övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub. Jurnalist karantin müddəti bitdikdən sonra gedəcək yeri olmaması, uşaqları ilə çətin vəziyyətdə qalmasına dair paylaşım edib. 

Məsələyə sosial şəbəkədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov münasibət bildirib. “Röya Rəfiyeva üç övladı ilə birlikdə Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib”, - nazirlik rəsmisi qeyd edib.