AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb - MUXALİFET.AZ PLAGİAT YAZILARINI ORTAYA ÇIXARMIŞDI...

Baxış sayı:
1601

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələr müzakirə edilib.

Muxalifet.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Rəyasət Heyətinin qərarı ilə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.

Xatırladaq ki, Muxalifet.az Sevil Zülfüqarovanın plagiat məqalələr dərc etdiyini yazmışdı.