Azərbaycan Ordusu bir sıra kəndlərimizi azad etdi - RƏSMİ AÇIQLAMA, TƏCİLİ

Baxış sayı:
1264

"Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib".

Muxalifet.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Anar Eyvazov bildirib ki, əks-hücum nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Habelə ordumuz Ağdərə istiqamətində hücum edərək düşmənin Murovdağ istiqamətində yerləşən  strateji mövqelərini darmadağın edib. Bu istiqamətdə yeni yüksəkliklər tutmaq üçün əməliyyatları davam etdirir.