"Azərbaycan Ordusunun, qurucusu olduğumuz dövlətimizin yanındayıq" - MÜSAVAT PARTİYASI

Baxış sayı:
1086

“Ərazilərimizi işğaldan azad etmək əzmində olan Azərbaycan Ordusunun, qurucusu olduğumuz dövlətimizin yanındayıq.  Bu Vətən Bizimdir! “.  Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.

“Ermənistanın işğalçı silahlı birləşmələri ərazilərimizə yeni hücuma başlayıb. Əskər və mülki əhalimiz arasında  itkilər var. Düşmən geri otutdurulmalı, ərazilərimiz işğaldan azad edilməlidir. Ərazi bütövlüyümüz, sülh və əhalimizin əminamanlığı naminə son damla qanımıza qədər vuruşmağa hazırıq. Müsavat Partiyası olaraq bütün diqqətimiz Qarabağdadır. Qəlbimiz Azərbaycanın əskəri ilə bir döyünür,“ - Müsavat Partiyası bildirir./Turan