AZƏRBAYCAN PREZİDENTİNİN AÇIQLAMASI FRANSADA HİDDƏTƏ SƏBƏB OLDU – “Azərbaycan rəsmi olaraq üzr istəməsə, səfirimiz geri çağırılmalıdır…”

Baxış sayı:
1140

Xəbər verdiyimiz kimi, Fransa prezidentliyinə namizəd Valeri Pekressin Qarabağın dağlıq hissəsinə səfəri Azərbaycan rəhbərliyi tərəfindən etirazla qarşılandı. Belə ki, prezident İlham Əliyev “Valeri Pekresin sonuncu qanunsuz səfərindən xəbərimiz olsaydı, onu geri qaytarmazdıq” ifadələrini işlətdi.

Qafqaz.media xəbər verir ki, Afinada səfərdə olan "İle-de-Frans" bölgəsinin rəhbəri Pekress "Europe 1" telekanalının efirində rəsmi Bakının mövqeyinə reaksiya verib. Fransa prezidentliyinə namizəd onun üçün tətbiq olunan qadağadan və Azərbaycan prezidentinin mövqeyindən qəzəblənərək, “Fransa hökumətinin ölümcül susqunluğunu” tənqid edib.

Pekress hakimiyyətin heç bir nümayəndəsinin Azərbaycan prezidentini qınamamasını anormal sayır. “Dünyanın ucqar regionuna prezidentliyə namizədi missiya üçün göndərən və onu hücuma məruz qaldığı halda müdafiə etməyən hökumət - bu qalmaqaldır”, - deyə bildirib.

Bazar günü "JDD" qəzetində Makronu bu situsiyaya reaksiya verməyə çağıran məqalənin müəllifləri sağ mərkəzçi "Respublikaçılar" Partiyasından olan senatorlar və Avropa Parlamentinin deputatları da prezident Əliyevin bəyanatından hiddətləndiklərini bildirdilər. Onlar bu bəyanatı fransız siyasətçinin "nifrət dolu təqibi" və Fransa xalqı, hökuməti, onun nümayəndələri üçün "gizlədilməyən təhlükə" kimi xarakterizə ediblər. "Biz sizdən Fransa adından Azərbaycanın rəsmi üzr istəməsini tələb etməyinizi xahiş edirik. Əgər bu üzrxahlıq mümkün qədər tez ifadə olunmazsa, səfirimizin geri çağırılması imkanını nəzərdən keçirməyinizi xahiş edirik. Söhbət fransız dəyərlərindən, eləcə də Fransanın şərəfindən gedir”, - deyə məqalədə yazılır.

Bazar ertəsi "Le Figaro" qəzeti Yelisey Sarayı ilə əlaqə saxlayıb və administrasiya rəsmiləri cavabın tezliklə hazır olacağını bildiriblər.

Qafqaz.media