Azərbaycan və Ermənistan XİN başçıları Cenevrədə görüşür...

Baxış sayı:
880

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan feysbuk səhifəsində bildirib.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə keçirilir.

Xatırladaq ki, daha əvvəl Ermənistan XİN başçısının ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü keçirilmişdi.