Azərbaycana məxsus PUA vurulub? - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2046

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.