Azərbaycanda başqasına məxsus 164 daşınmaz əmlak ələ keçirilib - CİNAYƏT YOLU İLƏ ƏLDƏ OLUNAN DİGƏR ƏMLAKLAR...

Baxış sayı:
2812

Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakların sayı açıqlanıb.

Bu barədə Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev məlumat verib.

O bildirib ki, fəaliyyət göstərdiyi müddət ərzində idarə tərəfindən cinayət yolu ilə əldə olunan əmlakların izlənməsi və aşkar edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilərək istintaq qurumlarının sorğularına əsasən təqsirləndirilən şəxslərə məxsus 164 daşınmaz əmlak, 9 torpaq sahəsi, 82 nəqliyyat vasitəsi, müxtəlif banklarda 45 kart hesabı və 17 cari hesab, 3 nəfərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan fiziki şəxs qismində uçotda olması müəyyən edilib. Dövlətə vurulan ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi məqsədilə cinayət işləri üzrə aşkar edilən aktivlər və sair məlumatlar müvafiq istintaq orqanlarına təqdim edilib. İstintaq orqanları tərəfindən xüsusi müsadirənin təmin tədbiri kimi təqsirləndirilən şəxslərə məxsus əmlakların üzərinə müvafiq məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib.