Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub - 6 NƏFƏR DƏ VƏFAT EDİB

Baxış sayı:
1433

Azərbaycanda koronavirus infeksiyasına yeni 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
 
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 32 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 760 nəfəri müalicə olunaraq sağalıb, 468 nəfəri vəfat edib, aktiv xəstə sayı 4 456 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874, ötən müddət ərzində isə ümumilikdə 744 837 test aparılıb.