Azərbaycanda daha 519 nəfər koronavirusa yoluxdu - 15 NƏFƏR DƏ ÖLDÜ

Baxış sayı:
366

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 225 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 210 798 nəfər müalicə olunaraq sağalıb, 2941 nəfər vəfat edib, aktiv xəstə sayı 11 607 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 898, ötən müddət ərzində isə ümumilikdə 2 279 907 test aparılıb.