Azərbaycanda iki ayda 2 417 boşanma qeydə alınıb

Baxış sayı:
899

Bu ilin yanvar-fevral aylarında qeydə alınan boşanma və nikah hallarının sayı açıqlanıb.

Muxalifet.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, həmin müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 672 nikah və 2 417 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.