Bakıda ana qızını sinəsindən bıçaqladı

Baxış sayı:
6200

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Ailə münaqişəsi zəminində ana (şəxsiyyəti dəqiqləşdirilir-red) öz qızı, 1985-ci il təvəllüdlü Cəfərova Nərminə Saday qızını bıçaqlayıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onda döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.