​Bakıda femİnistlər aksiya keçirməyə cəhd etdi – 10 NƏFƏR SAXLANILDI

Baxış sayı:
1131

Bu gün günorta saatlarında Bakının Nizami küçəsində (“Torqovı”) və "Fontanlar meydanı"nda bir qrup feminist qadın tərəfindən aksiya keçirməyə cəhd olunub.
Virtualaz.org bildirir ki, icazəsiz aksiya 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Aksiya iştirakçıları feminist şüarlarla plakatlar qaldırmağa çalışanda polis əməkdaşları onlara mane olublar. Nəticədə, 10-a yaxın aksiya iştirakçısı saxlanılıb.
Xatırladaq ki, alman və beynəlxalq sosialist və qadın hərəkatının tanınmış fəalı Klara Setkin Roza Lüksemburqla birlikdə 1907-ci ildə qadınlara bərabər hüquqların verilməsini dəstəkləyən Almaniya Sosial Demokrat Partiyası nəzdində bir qadın şöbəsi yaratdı. 1910-cu ildə Beynəlxalq Qadınlar Gününün təsis olunmasını təklif edən də məhz o olub. Nəzərdə tutulurdu ki, sonrakı illərdə həmin gün qadınlar mitinqlər və yürüşlər təşkil edəcək, ictimaiyyətin diqqətini  öz problemlərinə cəlb edəcəklər.