Bakıdakı aksiya ilə bağlı polisdən açıqlama / YENİLƏNİB

Baxış sayı:
2094

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

BŞBPİ-nin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

"Sentyabrın 9-u saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınıb, iştirakçılar ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan və ya həbs edilən olmayıb".

**15:14

Bakının mərkəzində "Müsavat" Partiyasının fəalı Tofiq Yaqublunun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilir.

Virtualaz.org bildirir ki, onlarla insanın iştirak etdiyi aksiya Sol Gənclər Təşkilatı tərəfindən təşkil edilib.

DİN-dən saytımıza bildirilib ki, polis aksiyanın bir neçə iştirakçısını saxlayıb.