"BakuBus"ın ikinci avtobusu yandı - BU AY ƏRZİNDƏ

Baxış sayı:
1546

Bu gün səhər saat 06:10 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.  

Qeyd edək ki, bu, son 15 gündə "BakuBus" avtobuslarında baş verən sayca ikinci yanğın hadisəsidir.