Balakəndə zəlzələ oldu

Baxış sayı:
1088

Sentyabrın 22-də Zaqatala stansiyasından 23 kilometr şimal-qərbdə - Balakən rayonunda maqnitudası 3.2 olan zəlzələ baş verib.

Muxalifet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 12:35-də qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.