Bayden Meksika ilə sərhəddə divar tikintisini dayandıracaq

Baxış sayı:
663

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasimindən sonra imzalayacağı ilk fərmanlarla bağlı  açıqlama verilib.

Trend-in məlumatına görə, yeni Prezidentin imzalayacağı sənədlər arasında Meksika ilə sərhəddə ucaldılan divarın tikintisinin dayandırılması, eləcə də ABŞ-ın Paris iqlim sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına geri dönməsi barədə fərmanlar yer alacaq.

Qeyd edək ki, Co Bayden bu gün prezident səlahiyyətlərinin icrasına başlayacaq.