BELARUS-RUSİYA GƏRGİNLİYİ PİK HƏDDƏ... – Lukaşenko Putindən izahat tələb edir

Baxış sayı:
1457

Rusiya iyulun 31-də Belarusla sərhəd keçidlərində nəzarəti gücləndirib. Bu həftə Belarusda 33 Rusiya vətəndaşının saxlanması Moskva və Minsk arasında münasibətləri gərginləşdirib. Rəsmi Minsk bu 33 rusiyalının Rusiyadakı “Vaqner” özəl hərbi şirkətinin muzdlu əsgərləri olduqlarını və Belarusa seçki ərəfəsində təxribat üçün göndərildiklərini iddia edir.

Belarusun sosial medialarında sərhəddə Rusiyaya keçən Belarus vətəndaşlarının pasport qeydiyyatının aparıldığı barədə xəbərlər yayılır. Özlərini vahid ittifaq elan etmiş Rusiya və Belarus arasında indiyədək sərhəd yoxlanışı demək olar ki, yox idi. İndi isə sərhədin Belarus tərəfində Rusiyaya keçmək istəyən yük maşınlarının uzun növbəsinin yarandığı xəbər verilir.

Yenə "Putinin aşpazı"

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Smolenskdəki idarəsi “Azadlıq” radiosuna sərhədi keçən belarusların qeydiyyatının aparıldığı barədə məlumatı təsdiq edib. Bununla belə, sərhəd yoxlanışının sərtləşdirilməsinin səbəbləri rəsmən açıqlanmır. Sərhədi keçən belaruslara Rusiyaya nə məqsədlə getdikləri, burada nə müddətdə və harada qalacaqları barədə suallar verilir.

“Vaqner” qrupunun Rusiyada “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeni Priqozinə aid olduğuna inanılır.Belarusun İstintaq Komitəsi bildirib ki, rusiyalıların prezident seçkisi ərəfəsində kütləvi iğtişaş törətmək niyyətindən şübhələr var.

Putin saxlananların buraxılacağına ümid edir

Bu məsələ Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrlik etdiyi Milli Təhlükəsizlik Şurasında müzakirə olunub. 

Lukaşenko deyib ki, Moskva bu insidentlə bağlı izahat verməlidir.