Belarusda təcili səfərbərlik gedir - RUSİYA İLƏ SƏRHƏD REGİONLARDA...

Baxış sayı:
1573

Belarusa yaşı 35-ə qədər olan və orduda xidmət keçmiş kişilər 25 günlük təcili səfərbərliyə cəlb olunub.

Bu haqda rusiyalı jurnalist Semyon Peqovun WarGonzo Telegram-kanalında bildirilir.

Məlumata görə səfərbərlik Rusiya ilə həmsərhəd regionlarda, əsasən Vitebskdə aparılır. Keçmiş hərbi qulluqçulara göndərilən çağırış vərəqələrinə əsasən onlar avqustun 10-da, yəni prezident seçkilərindən bir gün sonra toplanış məntəqələrində olmalıdır. Habelə bir sıra keçmiş hərbçilərə zəng vurub toplanışa çağırdıqları bildirilir.

Xatırladaq ki, iyulun 29-da Mins ətrafındakı sanatoriyada “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin 33 muzdlusu tutulub. Belarus hüquq-mühafizə orqanları onların prezident seçkiləri zamanı ölkədə diversiyalar törətmək üçün göndərildiyini bildirir.

Bunun ardınca Belarus Rusiya ilə sərhədə hərbi qüvvələr və texnika cəmləşdirib. O cümlədən Rusiya Belarusla gediş-gəlişə nəzarəti gücləndirib, sərhəddə uzun növbələr hökm sürür./Virtualaz.org