Belarusdakı aksiyalarda daha 114 nəfər saxlanıldı

Baxış sayı:
307

Sentyabrın 12-də Belarusda icazəsiz keçirilən aksiyalar zamanı daha 114 nəfər saxlanılıb.
 
“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.
“Respublikanın beş regionunda keçirilmiş 12 etiraz aksiyasının iştirakçılarının ümumi sayı 1 700 nəfəri keçməyib. Bununla yanaşı, paytaxtda icazəsiz tədbirlər bir neçə yerdə qeyd edilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyin pozulmasına görə ümumilikdə 114 vətəndaş saxlanılıb (onlardan 99-u Minskdə)”, - qurumun məlumatında deyilir.
 
Məlumatda, həmçinin bildirilir ki, “ölkənin üç regionunda sülh, təhlükəsizlik və əmin-amanlığa dəstək məqsədilə 50 mindən çox insanın iştirak etdiyi yeddi kütləvi tədbir keçirilib”.