“Belarusun Janna d`Arkı”: ÜÇ QADIN BİR KİŞİYƏ QALİB GƏLƏ BİLƏCƏKMİ?

Baxış sayı:
532

Mitçel A. Orenştayn, Valeri Yakuboviç

“Project Syndicate”, 04.06.2020

Belarusun 1994-cü ildən bəri ilk və yeganə prezidenti olan Aleksandr Lukaşenko qadınları sevdiyini iddia edir. Ancaq keçmiş sovet blokunun əksər mühafizəkar diktatorları kimi, onların cəmiyyətdə ana və ya konfetcik kimi müəyyən bir rolu olduğunu düşünür. Avqustun 9-da ardıcıl altıncı müddətə seçilmək iddiasında da Lukaşenko 3 belarus qadını düzgün qiymətləndirmədiyini anlayacaq.

ABŞ prezidenti Donald Tramp kimi, Lukaşenko da cazibədar qadınlara olan sevgisini gizlətmir. “Miss World” yarışmasında iştirak edən belarus gözəli ilə Dövlət Balında rəqs etdiyi göründükdən sonra xanım Belarus parlamentində mandat qazanıb.

Yeri gəlmişkən, Lukaşenko heç vaxt arvadı ilə ictimaiyyət qarşısında görünmür və onu müşayiət edən oğlunun – varisi olan Nikolayın anasının şəxsiyyəti barədə seçicilərə məlumat vermək ehtiyacını hiss etmir.

Lukaşenko tez-tez Belarusun “gözəl” qadınları ilə öyünsə də, bu il Belarus qadınlarına qəzəblənir. #MeToo hərəkatından sonra Lukaşenkonun COVID-19, on illik iqtisadi durğunluq və 3 kişi namizədin həbs və ya diskvalifikasiyası ilə bağlı dəhşətli çıxışının ardınca qadınlar üsyana rəhbərlik etməyə başlayıb.

Kimsə bunu mütləq etməliydi. 1994-cü ildən bəri hər 5 ildən bir prezident seçkiləri dəyişikliyə ümid yaratmışdı, amma müxalif namizədlərin həbsi və Lukaşenkonun hər dəfə yenidən seçilməsi ilə bu ümid sona çatıb.

Bu il bloqer Sergey Sixanovski müxalifəti yaradıcı bir şəkildə idarə edib, iqtisadi cəhətdən depresiyaya uğrayan bölgələrdə insanlarla görüşüb və “Tarakanı dayandırın!” şüarı altında proqramını açıqlayıb. Onun təşviqat simvolu həşəratları məhv etmək üçün nəhəng ayaqqabı idi və bu, ilin müxalif memi olub. Siyasi etirazın əksər formalarına qadağa qoyulduğundan minlərlə insan küçələrə əllərində tutduğu başmaqla çıxıb.

Zarafat qanmayan Lukaşenko Sixanovskini həbsə atıb və namizədliyini dəstəkləmək üçün imza toplama icazəsini rədd edib. Beləliklə, müxalifətçinin arvadı Svetlana Sixanovskaya özünü irəli atıb. Evdar qadın və əvvəllər heç bir siyasi təcrübəsi olmayan peşəkar ingilis dili müəllimi Sixanovskaya 100.000 imzanı uğurla toplayaraq iyulun 14-də rəsmən prezidentliyə namizəd olub.

Lukaşenko, yəqin ki, Sixanovskayanın qeydiyyata alınmasının aşağı riskli bir hərəkət olduğunu düşünüb. Əvvəllər heç bir qadının prezident ola bilməyəcəyini o belə izah etmişdi: “Konstitusiyamız elə bir məsələdir ki, hətta kişi olan kəs bu yükü güclə daşıyır. Bu yükü qadına yükləsəniz, yıxılacaq. Yazıq qız!”

Əlbəttə, digər 2 namizədin etdiyi kimi, Lukaşenkonun öz çevrəsindən olsa belə, başqa bir adam prezident ola bilməz: böyük bir bankın keçmiş baş direktoru Viktor Babariko və xarici işlər nazirinin keçmiş müavini və ABŞ-dakı keçmiş səfir Valeri Serkalo kimi. İnsanlar bu namizədləri dəstəkləmək üçün saatlarla növbəyə durduqda, Babariko qəfildən aşkar edilmiş cinayət əməllərinə görə həbs edilib və Serkalonun toplanmış imzası saxtalaşdırılıb.

Üç kişi lider seçkidən kənarda qalıb.

Ancaq iyulun 16-da birgə mətbuat konfransında Babariko və Serkalo Sixanovskayaya dəstək veriblər. Qadınların üçü də öz kampaniyalarının simvollarını nümayiş etdirib: Sixanovskaya üçün qaldırılmış yumruq, Babarikonun təşviqat rəhbəri Mariya Kolesnikova üçün ürək və Serkalonun arvadı Veronika üçün qələbə rəmzi – “V”.

Birləşməklə üçlük Belarusun qısa tarixində az sayda müxalif siyasətçinin əldə etdiyinə nail olub. Onların proqramı: bütün siyasi məhbusları azad edilməsi, qanunun aliliyini bərpası və qısa zamanda yeni, ədalətli prezident seçkisinin təşkili.

Hətta ucqar şəhərlərdə seçicini cəlb edərək “Sevirik, bacarırıq, qalib gələ bilərik” şüarı altında kampaniyanı birlikdə davam etdirirlər.

Rəsmi dairələrin zorakılıq təhlükəsi altında, işgəncəyə məruz qalacaq həbsdə olan ərlər və həssas məsələ olan uşaqların dövlət himayəsinə götürülməsi təhdidinə baxmayaraq, Sixanovskaya, Kolesnikova və Serkalo yaradıcı, güclü və – Lukaşenkonu dəhşətə gətirən – tam qanuni improvizasiyalardan faydalanıblar.

Son yığıncaq Mərkəzi Seçki Komissiyasına yazılı şikayət göndərmək istəyən insanların uzun növbəsinə (sosial məsafə gözlənilməklə) səbəb olub. Qadınlar, həmçinin seçki saxtakarlığını izləmək üçün yeni rəqəmsal vasitələrin (Belarusun aparıcı ixracatından biri yüksək ixtisaslı kompüter proqramçılarıdır) dizayn etmək üçün dünya miqyaslı hatatonu təbliğ ediblər. Səsvermə bülletenlərinin fotosu bu platformaya yüklənəcək. İştiraklarını nümayiş etdirmək üçün tərəfdarlardan səs verərkən ağ bilərzik taxmaları xahiş olunur.

Bəzi yerli mətbu orqanları təvazökar evdar qadın olan Sixanovskayaya “Belarusun Janna d`Arkı” adı verib. Özü və Serkalonun uşaqları indi xaricdə təhlükəsizlikdə olarkən, o, ərini və ölkəsini diktatordan azad etmək qərarına gəldiyini bildirib. “Heç kim ədalət tələb edən qadını dayandıra bilmədiyi kimi, bir ailəni müdafiə edən qadını da dayandıra bilməz”.

Ona qarşı olan şanslar yüksək olaraq qalır, lakin seçkinin nəticəsi necə olursa-olsun, Lukaşenkonun Belarus qadınlarını düzgün dəyərləndirməməsi artıq aydındır.

Tərcümə: Strateq.az