Beyrut limanında yenə partlayış oldu - CANLI
10-09-2020 15:40
Baxış sayı:
1537
Livanın paytaxtı Beyrutda daha bir güclü partlayış baş verib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış yanğınla nəticələnib.
Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili yardım maşınları cəlb edilib.
Xatırladaq ki, daha öncə Beyrutun dəniz limanındakı eyni ərazidə dəhşətli partlayış baş vermişdi. Partlayış nəticəsində 190 nəfər həlak olmuş, 6 mindən artıq insan yaralanmışdı.