Biləsuvarda ermənilərin dinc əhalini hədəfə almasına etiraz... - GƏNCLƏR AKSİYA KEÇİRDİ

Baxış sayı:
509

Biləsuvar rayonunda Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbələri nəticəsində həlak olanların xatirəsi ilə bağlı aksiya keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin “Gənc Könüllüləri” #GəncəÜçünSusma şüarı ilə aksiya təşkil ediblər.

Könüllülər ermənilərin xain raket hücumları ilə dinc əhalini hədəfə almasını bir daha sakinlərin diqqətinə çatdırıblar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020 və 17.10.2020 tarixlərində Gəncə şəhərini raketlərlə atəşə tutmaları nəticəsində 4-ü azyaşlı olmaqla, 25 dinc sakin həlak olub, 86 nəfər isə yaralanıb./report