Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Baxış sayı:
955

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.
 
"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncamla bu vəzifəyə Vəlahəddin Yusif oğlu Yunsurov təyin olunub. O, icra hakimiyyətinin başçısının müavini - Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edəcək.
 
V. Yunsurov bu vəzifəyə qədər 4 saylı Ərazi Vergilər İdarəsində Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.