Bu giləmeyvə insanı arıqladır

Baxış sayı:
1360

Albalı artıq çəkidən qurtulmağa yardımçı ola bilər.

“Rosbalt verir ki, bunu dietoloq-nutrisioloq Olqa Kondratenko bildirib.

Mütəxəssisin sözlərinə görə, albalıdakı B8 vitamini orqanizmdəki maddələr mübadiləsini sürətləndirir. Bundan başqa, albalı azsaylı kalorili giləmeyvədir – hər 100 qramda, təxminən, 52 kalori. O.Kondratenko vurğulayıb ki, albalıda immuniteti möhkəmləndirən xeyli vitamin və mikroelementlər də mövcuddur.

O qeyd edib ki, gündə 2 stəkandan çox olmayaraq albalı yemək olar. Dietoloqun sözlərinə görə, albalını həddindən artıq yemək köpmə və ishal yarada bilər.