“BU, ONUN ÜÇÜN GÖZLƏNİLMƏZ DEYİLDİ…” - Putin Suriyaya məxfi səfərindən danışdı

Baxış sayı:
2005

Rusiya prezidenti Dəməşqə keçən ilki səfərinin Suriya prezidenti Bəşər Əsəd üçün gözlənilməz olmadığını açıqlayıb.

O, bu barədə “Rusiya 1” telekanalına müsahibəsində deyib.

O, səfərin detallarının açıqlanmaması ilə bağlı əvvəlcədən razılıq əldə olunduğunu deyib.

“Bu onun üçün gözlənilməz deyildi. Onun dəvəti olmadan Dəməşqdə ola bilməzdim. Bu sadəcə istisnadır. Lakin biz mən oraya gələnədək səfərim, ziyarət edəcəyim yerlər, birgə işimizin dəqiq vaxtı haqda məlumatların ictimaiyyətə açıqlanmaması barədə razılığa gəldik. Bir il əvvəl Suriya və paytaxt Dəməşqin olduğu məlum olan səbəblərdən dolayı mənə elə gəlir ki, təhlükəsizliyin təmini vacib idi”./virtualaz.org