COVİD-19-dan VƏFAT EDƏN HƏKİMLƏRİMİZİN SAYI 35-ə ÇATDI - Adlar

Baxış sayı:
1393

Azərbaycanda indiyədək koronovirus infeksiyasına ümumilikdə 31 878 nəfər yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, aktiv xəstə sayı 5 548 nəfərdir. Vəfat edənlər arasında pandemiyaya qarşı mübarizəyə səfərbər edilmiş səhiyyə işçilərinin sayı kifayət qədər yüksəkdir.

Dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərov dünyasını dəyişib. BeləlikləCOVID-19 virusu ilə mübarizədə itirdiyimiz tibb işçilərinin sayı 35-ə çatıb. Sosial şəbəkələrdə yayılan məlumatlara istinadən onların adlarını təqdim edirik:

1.Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərov
2. Əhməd Şirinzadə - Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi.
3. Kəmalə Dəhqani - Gəncə şəhəri, uşaq nevroloqu4. Kamil 
Əliyev - Astara Mərkəzi Rayon Xəstəxanası, (MRX) cərrah5. Mehman Hüseynov - Gəncə şəhəri, ortoped-travamotoloq6. İbadət Ağayev - Cəlilabad Təcili Tibbi Yardım Stansiyasının (TTYS) həkimi7. Ceyhun Hacıyev - Bakı şəşəhəri, anestezioloq-reanimatoloq
8. Faiq Yusifov - Respublika OnKoloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı9. Fərman Süleymanov - Sumqayıt Şəhər Xəstəxanasının həkimi10. Faiq Ağayev - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi
11. Fikrət Namazov - ATU-nun onkologiya kafedrasının onkoloqu12. Rəna Məmişova - Mingəçevir Şəhər Xəstəxanası, reanimasiya şöbəsinin həkimi
13. Zakir Xəlilov - Bakı şəhəri, TTYS-nin həkimi
14. Ruhiyyə Kərimova - Bakı şəhəri, kardioloq
15. Tahir Bababəyli - İstanbul, Başakşehir16. Tərlan Hüseynli - Mingəçevir şəhəri, stomatoloq
17. Surxay Quliyev - Gəncə şəhəri, TTYS-nin həkimi18. Gülnarə Xəlilova - Mərdəkan 26 saylı Birləşmiş Xəstəxanası, pediatr19. Cəmşid Abbasov - Gəncə şəhəri, TTYS-nin həkimi
20. Kərəm Yaqubov - Kliniki Tibbi Mərkəz, Həkim-reanimatoloq
21. Ulduz Əhmədova - Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi
22. Surət Abbasov - Gəncə şəhəri, TTYS-nin həkimi
23. Fəxrəddin Məmmədov - Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası, rentgenoloq24. Qəşəm Hüseynov - Bakı şəhəri, TTYS-nin həkimi
25. Sədaqət Həsənova - Bakı şəhəri, N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının pediatrı
26. Əlipənah Qarayev - Mingəçevir Şəhər Xəstəxanası ortoped-travmatoloq
27. Aidə İsmayılova - Bakı, 25 saylı poliklinikada Terapiya şöbəsinin müdiri
28. Pirverdi Hümbətov - Cəlilabad Qarazəncir kənd həkim məntəqəsini müdiri
29. Cəlil Qocayev - Qazax Xanlıqlar kənd həkim məntəqəsinin həkimi
30. Mətanət Atayeva - Bakı Suraxanı rayonu 23 saylı poliklinikada terapevt
31. Valiyə Peykər - Bakı 7 saylı Doğum Evinin cərrah mama-ginekoloqu
32. Təranə Quliyeva - Bakı 5 saylı Poliklinikanın həkimi
33. Səfərova Zərifə - Bakı Elmi Tədqiqat Pediatriya İnstitutunun həkimi
34. Xasay Bayramov - Sumqayıt TTY-nin həkimi
35. Tofiq Əliyev - Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimi./azpolitika