​“Daha çox seks, daha çox azadlıq” - Partiya sədri seçki reklamını pornosaytda yerləşdirdi

Baxış sayı:
876

Oktyabrın 2-də bələdiyyə seçkisinə hazırlaşan Gürcüstanda prezidentliyə keçmiş namizəd, “Girçi” partiyasının rəhbəri Zurab Caparidze seçkiqabağı reklamlarını “Pornhub” saytında yerləşdirib. Pornosaytda onun “Ölçüləri böyüdəcəyimi vəd etmirəm!” və “Daha çox seks, daha çox azadlıq” şüarları əsasında hazırlanan bannerlər göstərilir.
Caparidze bunu “adi işgüzar qərar” adlandırıb. Onun sözlərinə görə, sentyabrın 8-də cəmi 4 saat ərzində bannerlərə 40 000 baxış gəlib ki, bu da gürcü auditoriyası üçün ən yüksək göstəricidir.
- Gürcüstanda hər bir istifadəçi “Pornhub” saytında orta hesabla 8-9 dəqiqə vaxt keçirir. Bu zaman ərzində o, gözünün qırağı ilə mənim bannerimi görəcək. Məncə, bu, televiziyalarda reklam verməkdən və küçələrə plakat yapışdırmaqdan min dəfə effektlidir,- Caparidze bildirib.