“Deputat Eldar Quliyevin kürəkəni 15 ildir ailəmizə zülm edir” – BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT: “Əli Həsənovun yeznəsi də “Kapitol” şirkətinin sahibini himayə edir...”

Baxış sayı:
1690

Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 27, mənzil 38-də kirayənişin yaşayan Sadıqova Zərqələm Məhəmməd qızı  tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Birinci vitse-prezident Mehriban Əliyevaya və Xəzər rayon İcra və probasiya şöbəsinin rəisi İdris Həsənquliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Mehriban xanım!
Respublikadakı sosial-iqtisadi islahatlarınızı və dövlət vəsaitini talayan korrupsioner məmurlara  qarşı apardığınız ciddi mübarizəni dəstəkləyirik. Aparılan bu proseslər bizdə də “Kapitol” şirkətinin sahibi, deputat Eldar Quliyevin milyonçu  kürəkəni, əslən Nehrəm kəndindən olan Abbas Səfərovun qanunsuz əməllərini himayə edən Ədliyyə Nazirliyində ailəmizə qarşı səfərbər olmuş dəstənin qanunazidd hərəkətlərinə son qoyulacağı ümidi yaratsa da, bu özbaşınalıq təəssüf ki, bitmir. Üstəlik, əslən nehrəmli olan Süleyman İsmayılovun müdir olduğu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sayəsində bu mafioz dəstələr barəsində  yazılan şikayətlərin Sizə çatmasına imkan verilmir.
Xətai rayon Məhkəməs 20.10.2011-ci il tarixli “dəymiş zərərlə bağlı” iddiamız üzrə qətnamə çıxararkən, Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 1 iyul 2004-cü il tarixli Sərəncamına əsaslanmışdır. Ədliyyə Nazirinin müavini cənab V.Zahirovun, Kadrlar İdarəsinin rəisi R.Məhərrəmovun və İcra baş İdarəsinin rəisi N.Mustafayevin  ”Kapitol” firmasının (A.Səfərovun) qanunazidd əməllərini himayə etmələrinə, Abbas Səfərov və klanı tərəfindən ailə üzvlərimizə qarşı 15 ildir davam edən rəzalətə, Xətai rayon Məhkəməsinin 20.10.2011-ci il tarixli, 2(011)-1481/11 saylı İcra sənədilə “ailə üzvlərimizin yaşayış sahəsi ilə təmin edilməsinə dair ”Kapitol”  firmasının üzərinə qoyulmuş vəzifə” Nəsimi rayin İcra şöbəsində Nazirlikdəki hamilərinin təzyiqi ilə 6,5 il   süründürülüb. Bundan sonra isə “Kapitol”(A.Səfərov) firmasının 21.12.20  18-ci il tarixli, 13 №-li sifarişli məktubu və 01.02.2019-cu il tarixdə baş idarə rəisi N.Mustafayevin göstərişinə əsasən, Nəsimi rayon İcra və probasiya şöbəsinin rəis əvəzi Y.Allahverdiyevin təşkilatçılığı ilə İcra sənədinə daxil olan materialların müəyyən hissəsi oğurlanaraq, “sürgün edildiyi” Xəzər rayon İcra və probasiya şöbəsində icra hərəkətsizliyi və süründürməçiliyi davam edir.

Abbas Səfərov
İcra sənədinin qanunsuz yerdəyişməsindən bir ay sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Məhkəmə-hüquq  sistemində islahatların dərinləşdirilməsi” haqqında  03 aprel 2019-cu il tarixli Fərman bizdə Ədliyyə Nazirliyindəki bu çirkin oyunbazlığa tezliklə son qoyulacağına və  və Fərmandan irəli gələn müddüalara qeyd-şərtsiz əməl olunacağına böyük ümid yaratmışdır. Təəssüf ki, N.Mustafayevin icra sənədinin qanuni icraatına əngəl olmaq əmrinə rəis İ.Həsənquliyev əməl etmək  məcburiyyətindədir. Əks halda, o da icra məmuru Ramin Muradovun 2014-cü ildə məlum İcra sənədini qanuni, operativ, təmənnasız və qərəzsiz  icra etdiyinə görə cənab V.Zahirov və Rauf Məhərrəmov tərəfindən başına gətirilmiş qanunazidd  təqib və tədbirlərlə cəzalandırıla, hətta işini də itirə bilər.
Hörmətli Mehriban xanım!
20.02.2020 və 31.03.2020-ci il tarixdə Sizə etdiyim müraciətdən sonra, Xəzər rayon icra və probasiya şöbəsi, bu ilin aprel ayının sonunda ailəmizə 18 aylıq (2 aylıq kirayə ödənişinin təmin olunmaması Nəsimi rayon İcra şöbəsindən qalıb) kirayə pulu borcunun yalnız  4 aylığını (1025 man) “Kapitol” firmasından tutaraq poçtla ünvanımıza göndərmişdir. İcra sənədinin icraatını Nurəddin Mustafayev şəxsi nəzarətində saxladığından, Xəzər rayon İcra və probasiya şöbəsi müraciətlərimə cavab vermək ixtiyarında deyil. Bəzi müraciətimlərimi isə Xəzər rayon İcra və probasiya şöbəsinin yerinə, Nəsimi rayon İcra şöbəsində icraat aparılarkən icraatdan yayınmaq üçün “Kapitol” firmasının işlətdiyi manipulyativ, fırıldaq, saxta və qanunazidd hərəkətləri ört-basdır edərək, prezidentin sabiq köməkçisi Əli Həsənovun yeznəsi Nurəddin Mustafayevin himayəsi sayəsində “Kapitol” firmasının törəmə şirkətinə çevrilmiş Ədliyyə Nazirliyi İcra baş idarəsi cavablandırır. Belə ki, Xəzər rayon İcra və probasiya şöbəsində 08.02.2019-cu il tarixdən “icraatının davam” etdirildiyi İcra sənədilə bağlı etdiyim müraciətlər 1-ci dəfə 23 aprel 2019-cu il tarixdə Ədliyyə Nazirliyi İcra baş idarəsinin (N.Mustafayevin) məsləhətçisi Tural Süleymanov, 2-ci dəfə isə  düz bir il sonra ƏN.İcra baş idarəsinin Analitik-informasi şöbəsinin məsləhətçisi Kəmalə Əhmədova tərəfindən, aprel ayında 1025 man kirayə ödənişi ilə bağlı məlumat istisna olmaqla, eyni məzmunda cavab verilmişdir. 
Hörmətli Mehriban xanım!
Xətai rayon Məhkəməsinin 20.10.2011-ci il tarixli, 2(011)-1481/11 saylı İcra sənədinin Nəsimi və Xəzər rayon İcra və probasiya şöbələrindəki icraatı dövründə “Kapitol” firmasının  icraatdan yayınmaq və ya kimlərsə tərəfindən yayındırılrmaq  üçün edilən qanunazidd hərəkətləri, N.Mustafayevin İcra sənədinin icraatına əngəl olmasını, o cümlədən, Xəzər rayon icra və probasiya şöbəsinin İcra sənədilə bağlı qanunauyğun icra hərəkətlərini sürətləndirməsini, ailə üzvlərimizə qarşı edilən vandallığa son qoyulmasını nəzarətə götürməyinizi Sizdən bir azərbaycanlı anası kimi xahiş edirəm. Və ümid edirik ki, deputat Eldar Quliyevin Nehrəmli kürəkəni Abbas Səfərovun ailə üzvlərimizə qarşı etdiyi 15 illik ermənisayaq zülmkarlığa, 15 ildir ölkəmizdə davam edən bu qanusuzluğa  şəxsən Sizin köməkliyiniz sayəsində ədalətlə son qoyulacaq.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.