Dəməşqə yeni aviazərbələr: İsrail raketi Əsədin “başının üstündən” uçur... - VİDEO

Baxış sayı:
1934

Ötən gecə İsrail Həri Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə yeni raket zərbələri endirib.

Belə ki, Suriyanın sərəncamında S-300 PMU “Favorit” zenit-raket komplekslərinin mövcud olmasına baxmayaraq İsrail F-16 qırıcıları heç bir maneəyə rast gəlmədən Dəməşq aerportu rayonundakı İran qüvvələri bazalarını vurublar.

Suriya dövlət televiziyasının yaydığı məlumatda deyilir ki, hücum nəticəsində 7 nəfər həlak olub. Və ənənəvi olaraq “raketlərdən əksəriyyətinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu” açıqlayıb. Suriya İnsan Haqları Müşahidə Qrupu ölənlərdən 5-nin İran yaraqlıları olduğunu bildirir. 

İsrail ordusu məlumatı şərh etmir. Amma KİV-lər xəbər verir ki, F-16 qırıcıları Livan hava məkanından Suriyadakı hədəflərə raket zərbələri endirib. Sosial şəbəkələrdə yayılmış kadrlardan görünür ki, İsrail qırıcılarından buraxılmış raketlər Dəməşq üzərindən uçaraq beynəlxalq aerportun ətrafındakı hədəfi vurur.

Bundan əvvəl İranın Suriyanın Livanla sərhədində “Xordad” hava hücumundan müdafiə kompleksləri yerləşdirdiyinə dair görüntülər yayılmışdı. Lakin belə görünür ki, həmin kompleks də İsrail qırıcılarına mane ola bilməyib./Virtualaz.org