Dünyanın ən bahalı avtomobilinin sahibi bəlli oldu - ONU TANIMAYAN YOXDUR...

Baxış sayı:
2597

Dünya tarixində ən bahalı avtomobil olan “Bugatti La Voiture Noire”nin sahibi bəlli olub.

Belə ki, avtomobili dünyaca məşhur futbolçu Kriştiano Ronaldo kolleksiyasına əlavə edib.

Portuqaliyalı ulduz avtomobil üçün 9,5 milyon dollar ödəyib. Beləliklə, onun avtomobil kolleksiyasının dəyəri 30 milyona çatıb.

Əl ilə istehsal olunmuş karbon lif gövdəsi ilə özəlliklərinə özəllik qatan “La Voiture Noire” 4 turbolu, 8 litrlik “W16” motoruna sahibdir. Bu motor 1500 at gücündədir və saniyədə 1600 fırlanma əmələ gətirə bilir.

Örtük qabığı ilə şık dizayn sərgiləyən avtomobil limuzin rahatlığı ilə idman avtomobili gücünü özündə birləşdirib./Publika.az