​DÜŞMƏNİN DAHA 4 ZABİTİ MƏHV EDİLDİ – Aralarında hərbi hissə komandiri də var

Baxış sayı:
1209

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib.
“Novosti Armeniya” xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb.
Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan./report