Eldar Həsənovun səhhəti ilə bağlı qardaşından AÇIQLAMA

Baxış sayı:
435

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun səhhəti yenidən pisləşib.

Muxalifet.az-ın xəbərinə görə, sabiq səfirin qardaşı Şahin Həsənov Unikal.org-a açıqlamasında bildirib ki, Eldar Həsənovun sağlamlıq vəziyyəti yaxşı deyil:

“Qardaşım Eldar Həsənovun səhhətində problemlər var. O, buna görə, bir neçə dərman preparatından istifadə etməyə başlayıb. Yanına sovqat aparanda onun saxlanma şəraiti ilə tanış oldum. Təcridxanada qardaşıma qarşı yaxşı münasibət var. Vəkili onun səhhətindəki problemlərlə bağlı məhkəməyə təqdim etmək üçün müraciət hazırlayır. Çünki qardaşımın vəziyyəti getdikcə pisləşir”.