ERMƏNİ PATRİAXDAN QONDARMA "SOYQIRIM" ÇAĞIRIŞI - "...Siyasi məqsədlərə alət edildiyini görmək bizi məyus edir”

Baxış sayı:
994

“Xalqımızın kədərini və əcdadımızın müqəddəs xatirəsininin bəzi ölkələr tərəfindən gündəlik siyasi məqsədlərə alət edildiyini görmək bizi məyus edir”.

Bunu Türkiyə ermənilərinin 85-ci patriarxı Sahak Maşalyan “Anadolu” agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, on illərdir bu mövzunun parlamentlərin gündəliyinə çıxarılmasının yaratdığı gərginliklər iki xalqın yaxınlaşmasına xidmət etmir:

“Əksinə, düşməncəsinə duyğuları təhrik edərək, barışmanın gecikməsinə yol açır. Əvvəlcə dostluq və səmimiyyət körpüləri qurulmalıdır. Ancaq belə bir mühitdə tarixi hadisələrin dəyərləndirilməsi konstruktiv və qənaətbəxş olacaq. Üçüncü tərəf olan ölkələrin bu istiqamətdə təşviqedici addımlar atması arzuolunandır”.

Maşalyan 1915-ci il hadisələri ilə bağlı da açıqlama verib:

“Biz də sələflərimiz kimi, türklər və ermənilər arasında sülh, dostluq və rifah diləklərimizi ifadə etməyə davam edəcəyik. Üstündən 106 il keçmiç hadisələri 1000 illik ortaq tarixin acı istisnası kimi görüb, əlaqələrin birgə qonşuluq və mənfəət üzərində yenidən qurulmasını təşviq edəcəyik”./Publika.az