ERMƏNİLƏR F-16 QIRICIMIZI VURUB? - Azərbaycan Müdafiə Nazirliyi: "Olmayanı vurmaq mümkün deyil"

Baxış sayı:
876

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.

O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".