"Ermənilər Xankəndindən qaçır" - Rusiya KİV

Baxış sayı:
1321

Azərbaycanın işğal altındakı Xankəndi şəhərində əhalinin kortəbii şəkildə təxliyyəsinə başlanılıb.

Bu barədə “İzvestiya” hadisə yerindəki müxbirinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, insanlar kütləvi şəkildə Ermənistanın paytaxtı Yerevana göndərilir.

“Onları elə-belə göndərirlər, paytaxtda mütləq qarşılanacaqlarını söyləyirlər. Yerevan səlahiyyətliləri qarşılanmanı təşkil edəcək”, - məlumatda deyilir.

Polis bəzi insanların təxliyyəsinə yardım edir, yoldan keçən maşınları saxlayıb sürücülərdən tanımadıqları insanları şəhərdən çıxarmalarını istəyirlər./report