Ermənilərin atdığı mərmi Naftalanda yaşayış evinə düşüb, ölənlər var - FOTO

Baxış sayı:
359

Ermənilərin atdığı mərmi yaşayış evinə düşüb.
APA-nın Qərb bürosunun verdiyi xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmi Naftalan şəhəri, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğluna məxsus yaşayış evinə düşüb. Nəticədə evdə olan ailə üzvləri həlak olub.
Ölənlər arasında azyaşlıların da olduğu bildirilir.