“Ermənistan ağlını başına toplasın, Azərbaycan tək deyil” – TÜRKİYƏDƏN AÇIQLAMA

Baxış sayı:
2436

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərə dair suala cavabında deyib: “Ermənistan ağlını başına toplasın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.

Nazir deyib: “Ermənistan xaincəsinə hücum edib və qardaşlarımız şəhid olub. Görürük ki, Ermənistan yeni döyüş sahələri yaratmaq istəyir. Ermənistan bu günə qədər problemin siyasi həllinə müsbət yanaşmayıb. Ermənistanın etdiyi qəbuledilməzdir, ağlını başına toplasın. Azərbaycan tək deyil. Bütün imkanlarımızla Azərbaycanın yanındayır. Bu gün Azərbaycan Xarici İşlər nazirinə zəng edəcəyəm, vəziyyəti qiymətləndirəcəyik”./Hurriyyet.org