Ermənistan prezidentinin vəziyyəti ağırlaşdı - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
925

Ermənistan prezidenti Armen Sarkisyanın səhhətindəki vəziyyət ağırlaşıb.

Bunu Ermənistanın Prezident Aparatının Mətbuat xidməti açıqlayıb.

“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, - Mətbuat xidməti bildirib.

Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb.