“ERMƏNİSTANA SİLAH İXRACI QƏRARI YANLIŞ QƏRAR OLUB”– Serbiya Prezidenti

Baxış sayı:
2182

Serbiya Prezidenti Aleksandar Vucic bildirib ki, ölkəsinin istehsal etdiyi silahlar həm Ermənistan, həm də Azərbaycana satılır, çünki bu, yerli silah sənayesinin uğurlu fəaliyyətini təmin etməyin yeganə yoludur.

“Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Son bir neçə ildə Azərbaycana 10 dəfə artıq silah satmışıq”, – Vucic iyulun 31-də axşam özünün Serbiya Proqressiv Partiyasınln iclasında deyib.

Onun sözlərinə görə, Ermənistana bu ixrac qərarı yanlış qərar olub və gələcəkdə ona yenidən baxılmalıdır. Ancaq prezident onu da əlavə edib ki, Serbiya silah sənayesində 17 min nəfər çalışır və onlar işlərini itirməməlidir.

“Sizdən ümumiyyətlə soruşuram: gələcəkdə silahı kimə sataq? Kimə satsaq, bizi tənqid edən kimsə tapılacaq”, -Vucic vurğulayıb./azadliq.org