Ermənistandakı rus bazasında hansı silahlar var? – KREMLDƏN ŞOK QƏRAR

Baxış sayı:
2940

Rusiya Silahlı Qüvvələrinin ən son silah və hərbi texnikaları ilk dəfə olaraq Cənub Hərbi Dairəsində keçiriləcək “Ordu-2020” hərbi-texniki forumunda təqdim ediləcək.

Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Patriot” parklarındakı 16 hərbi məkanda ilk dəfə geniş auditoriyaya ən son silah və hərbi texnikaların nümunələri, o cümlədən ASP BM “Rtut” radio müdaxilə stansiyası, hədəf aşkarlama və təyinetmə stansiyası “Kupol” kimi təqdim olunacaq. Cənub Hərbi Dairəsinin silah və hərbi texnikalarının ekspozisiyasında yeni SOU “BUK-M2” zenit-raket sistemi, “İsgəndər” əməliyyat-taktiki kompleksi, “TOR-M-2U” zenit-raket sistemi, “Tiqr” zirehli avtomobili, pilotsuz aviasiyanın çoxfunksiyalı kompleksi də yer alacaq. “Orlan-10” və “Eleron-3”, 152 mm-lik özüyeriyən artilleriya qurğusu “Msta-S”, S-400 “Triumf” hava hücumundan müdafiə kompleksi və “Pantsir-S1” zenit-raket silah sistemləri, tank əleyhinə raket sistemləri (“Kornet”) “Şturm-S”, “Tayfun” ailəsinin xüsusi vasitələri, “T-72B3” və “T-90” tankları, “BMP-3” piyada döyüş maşınları və elektron döyüş habelə mühafizə bölmələrinin digər hərbi texnikası nümayiş etdiriləcək. Cənub Hərbi Dairəsinin hərbi-texniki forumu Stavropol ərazisindəki “Patriot” parklarında, Vladikavkazda, Volqoqradda və ilk dəfə Xəzər dənizində, həmçinin Adıgey, Həştərxan, İnquşetiya, Kabardino-Balkariya, Qaraçay-Çərkəzdə, Kubanda, Çeçenistanda və Rusiya hərbi bazasının yerləşdiyi Ermənistanda keçirilməsi planlaşdırılır. Ümumilikdə 40-dan çox birləşmə və hərbi hissə, 10-dan çox sənaye müəssisəsi, elmi tədqiqat institutu və təhsil müəssisəsi “Ordu-2020” forumunda iştirak edəcək. Forumda Cənub Hərbi Dairəsi, Rusiya Qvardiyası, Fövqəladə Hallar Nazirliyi və hərbi-sənaye kompleksi müəssisələrinin 12 mindən çox texnika və silahının iştirakı planlaşdırılır. Cənub Hərbi Dairəsinin

Qeyd edək ki, “Ordu-2020” hərbi-texniki forumunun 27-29 avqust tarixlərində keçirilməsi planlaşdırılır./Teleqraf.com