Gəlir deklarasiyası haqqında qanun niyə qəbul olunmur? – ƏLİZADƏ NƏHMƏDAĞAOĞLU YAZIR

Baxış sayı:
11632

Son günlər mətbuatda “vurulan” məmurların müxtəlif qanun pozuntuları ilə əlaqədar olaraq, qanunsuz mülkləri, şadlıq saraylarından seçilməyən villaları gündəmə gəlib. Müzakirələr mövzusu tamamilə fərqli istiqamətdə olsa da, bizi daha çox vəzifə müddətində korrupsiya, qanunsuz biznes yolu ilə əldə edilən vəsaitlər hesabına sabiq məmurların dəbdəbəli həyat tərzini davam etməsidir.
Onların vəzifə müddətində əldə etdikləri gəlirlər və həmin vəsaitlərin mənbəyi ilə bağlı hər hansı araşdırma aparıla bilməməsinin səbəbi isə ölkədə “Gəlir deklarassiyası haqqında” qanunun olmamasıdır. Uzun müddətdir bu məsələ müzakirə olunsa da, təəssüf ki, Milli Məclis tərəfindən qəbul edilməyib. Söhbətləşdiyim vətəndaşların fikrincə, həmin deputatların bu gün vəzifəli şəxsləri tənqid etməsi əslində bu baxımdan adekvat deyil, çünki gəlir deklarasiyası ilə bağlı qanun qəbul etməməklə baş verənlərə şərait yaradıblar.
Korrupsiya və məmur biznesinə qarşı mübarizə istiqamətində gəlir deklarasiyasının rolunu vurğulayan söhbətləşdiyim təqaüddə olan təcrübəli hüquqşunas acıqlamasında bildirdi ki, bu məsələ 2000-cu illərin əvvəllərindən bəri müzakirə olunur: “Gəlir deklarasiyasının çox vacib şəffaflıq elementləri olması haqqında da dəfələrlə danışılır, amma söz olaraq elə yerində də qalır. Bununla bağlı qanun və qaydalar da var, sadəcə işləmir. Hər il verilən gəlir deklarasiyası məmurların, deputatların ildən-ilə dəyişən gəlirlərini və əmlaklarını da ölçməyə imkan verir. Qonşu respublikalarda bununla bağlı çox ciddi monitorinq qrupu yaradılıb. Hər il dövlət başçısından məmura, deputata qədər hər kəsin gəlirləri açıqlanır, Monitorinq Qrupu isə dərhal il ərzində kimin gəlirlərinin nə qədər dəyişdiyi, nəyin hesabına dəyişdiyi ilə bağlı ayrıca hesabat yayır. Azərbaycanda bununla bağlı vəziyyət bərbadır. Heç bir hesabatlıq, şəffaflıq yoxdur. Rəsmi milyonçu yoxdir, rəsmi ən böyük vergiödəyiciləri ilə bağlı məsələdə də problem var. Bunlar bir- biri ilə bağlı məsələlərdir. Çünki bizdə məmur biznesi iqtisadiyyatda üstünlük təşkil edir. Məmurlar öz gəlir deklarasiyalarını açıqlamaqda ona gorə maraqlı deyillər ki, təkcə korrupsiya əməlləri yox, həm də özlərinin və ailə üzvlərinə aid biznesləri haqqında məlumatlar da aşkara çıxa bilər. Bunlar bir-biri ilə bağlı məsələdir. Bizneslə dövlət vəzifəsinin birləşməsi onların gəlir deklarasiyası ilə bağlı məsələdə çətinliklə üzləşməsinə səbəb ola bilər. Nəticədə elə bir vəziyyət yaranıb ki, məmurların gəlirləri ilə bağlı, onların fəaliyyətinin şəffaflığı ilə bağlı heç bir məlumat yoxdur”.
2005-ci ildə “Vəzifəli şəxslərin maliyyə xarekterli məlumatların təqdim edilməsi qaydası”haqqında qanun qəbul edilib, lakin bu günə qədər qanun tətbiq olunmur.” Ona görə tətbiq olunmur ki, gəlir deklarasiyasının forması yoxdur və s.
Ən vacib məsələ ondadır ki, gəlir deklarasiyasının tətbiq edilməsi bütövlükdə korrupsiyaya qarşı mübarizə ilə bağlı çox əhəmiyyətli bir alət ola bilər. Bununla biz vəzifəli şəxslərin gəlirlərinin dinamikasını görə bilərik. Bu həm də imkan verəcək ki, vəzifəli şəxslərin qanuni gəlirlərindən əlavə hansısa gəlirləri varsa müzakirə və araşdırma mövzusu olsun. Eyni zamanda onların fəaliyyətində korrupsiyaya yol verib-vermədiklərini araşdırmaq üçün əsaslar ola bilər. Digər tərəfdən, təkcə vəzifəli şəxslərin yox, onlarla bərabər yaşayan qohumlarının da, həyat yoldaşlarının övladlarının da gəlirləri gəlir deklarasiyasına daxil edilməlidir. Azərbaycan qanunvericiliyində həyat yoldaşının və onunla birlikdə yaşayan övladlarının gəlirləri haqqında məlumatın verilməsi tələb olunur. Ancaq bizdə situasiya bir qədər fərqlidir. Digər qohumlarla bağlı məsələyə aydınlıq gətirilməlidir.
Söhbətləşdiyim hüquqşunasın fikrincə, “vəzifəli şəxslərin nəyinki gəlirləri, həm də xərclər baradə məlumatların verilməsi çox vacibdir”. Xərclərlə bağlı maddə vəzifəli şəxsləri daha məsuliyyətli olmağa vadar edəcək. Bizdə bir sıra hallarda bəzi vəzifəli şəxslərlə bağlı əhəmiyyətlı dəyişiklik baş verə bilər, qismən olsa da. Ən önəmlisi yüksək siyasi vəzifə tutan şəxslər, hökumət üzvləri, diplomatlar, hakimlər və digər bu kateqoriyadan olan şəxslərin xaricidə əmlak alması və xarici banklarda vəsait yerləşdirməsi qadağan edilməlidir. Bu ilk növbədə ölkədən maliyyə vəsaitlərinin xaricə axmasına gətirib çıxarır, digər tərəfdən xarici qüvələrin həmin vəzifəli şəxslərə təzyiq etmək ehtimalını gücləndirə bilər. Bu Azərbaycan dövlətinə qarşı xaricdən yumşal güc tətbiq edilməsi deməkdir. Bu günə qədər və bizim yüksək vəzifəli, şəxslər, onların övladları ilə bağlı cox saylı belə problemlər yaşanıb və yaşanır.
Məmurların yaxın qohumlarını vəzifəyə təyin edərkən, maraqların toqquşması pik həddə catır bu prinsipi nəzərə alınmalıdır və bu qanunla tənzimlənməlidir: “Konstitussiyamız vəzifəli şəxslərə kommersiya fəaliyyəti ilə və digər ödənişli fəaliyyətlə məşğul olmağı qadağan edir”.
Vəzifəli şəxslərlə bağlı maraqlar toqquşması haqqında qanun da qəbul edilməlidir. Çünki bir cox hallarda vəzifəli şəxslər tabeliyindəki qurumlara öz yaxın adamlarını yerləşdirir, bəzən dövlət satınalmalarında öz qohumlarına sifarişlərinin verilməsi üçün təziq edirlər. Bu konkret maraqlar toqquşmasıdır. Həmcinin yaxın qohumlarının müxtəlif vəzifələrə təyin edilməsi, bir-birinin tabeliyində çalışmasını da qanun qadağan edir. Bu amil korrupsiyaya münbit yol acır. Biz bu gün şahid oluruq ki, ayrı-ayrı naziliklər, mərkəzi icra hakimiyyəti orqanları qohum-əqrəbalalar fəaliyyət meydançası olur. Bu da korrupsiyanı çicəkləndirir. Bir dövlət müəssisəsində çox sayda qohumlar işləyəndə burada qapalı mühit yaranır. Orada pozuntuların aşkarlanması, məlumatın verilməsi prosesi çətinləşir. Ona gorə də, vəzifəli şəxslərin gəlir deklarasiyası ilə yanaşı, onlara xaricidə əmlak almağın və vəsait yerləşdirməyin qadağan edilməsi də əhəmiyyətli məsələdir. Milyardlarla vəsait oftşor bölgələrə göndərilir. Ona görə də, bu qanunvericlik aktları korrupsiyaya qarşı mübarizədə çox əhəmiyyətlidir. Biz dedik, düşünməksə sizdən...

Əlizadə Nəhmədağaoğlu