Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşları hakim qarşısında - HƏBS OLUNDULAR / Yenilənib

Baxış sayı:
4796

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri - şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisləri işləmiş Əli Rüstəmov və Məharət Mustafayev barəsində Binəqədi rayon Məhkəməsində istintaq orqanın təqdimatlara baxılıb.

APA-nın məlumatına görə, hakimlər Fərid Əmirəliyev və Vüqar Məmmədovun sədrlikləri ilə keçirilən proseslərdə istintaq orqanın təqdimatı təmin edilib.

Məhkəmə tərəfindən hər iki şəxs barəsində 1 ay 21 gün həbs qətimkan tədbiri seçilib.
***

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev məhkəməyə gətirilib.
Binəqədi Rayon Məhkəməsində həmin şəxslər barəsində istintaq orqanının təqdimatlarına baxılacaq.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Ə.Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı M.Mustafayev saxlanılıb.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülüb.